ANAMA Türkiyədən və digər ölkələrdən yeni texnikalar alacaq

ANAMA Türkiyədən və digər ölkələrdən yeni texnikalar alacaq "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən ölkəmizə yeni texnikaların gətirilməsi ilə bağlı aparılan işlər davam etdirilir"
Hərbi
6 May , 2021 13:23
ANAMA Türkiyədən və digər ölkələrdən yeni texnikalar alacaq

"Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən ölkəmizə yeni texnikaların gətirilməsi ilə bağlı aparılan işlər davam etdirilir".

"Report" xəbər verir ki, bu barədə ANAMA-nın Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, texnikaların alınacağı ölkələrlə bağlı bir neçə təklif mövcuddur. Agentlik rəsmisinin sözlərinə görə, yeni texnikaların həm qardaş Türkiyədən, həm də digər əvvəlki şirkətlərdən alınması nəzərdə tutulub.

“Hazırda bu istiqamətdə agentliyin mütəxəssisləri tərəfindən fikir mübadiləsi həyata keçirilir və yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”, - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi