Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrdə görüş keçirilib

Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrdə görüş keçirilib İllik fəaliyyət planına uyğun olaraq Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü ərəfəsində azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrimizdə görüş keçirilib.
Hərbi
22 İyun , 2021 19:48
Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrdə görüş keçirilib

İllik fəaliyyət planına uyğun olaraq Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Günü ərəfəsində azad edilmiş ərazilərimizdə dislokasiya olunmuş bölmələrimizdə görüş keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, görüşdə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi nəticəsində 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı tarixi qələbədən, döyüşlərdə göstərilən qəhrəmanlıq və şəxsi igidlik nümunələrindən əsgərlərlə geniş söhbətlər aparılıb, ordumuzun əldə etdiyi zəfərin tarixi əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbir zamanı istedadlı əsgərlər arasında yarışlar keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub.

Görüşlər zamanı “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi heyətə Vətən müharibəsi mövzusunda sənədli film nümayiş edilib.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının vətənpərvərlik mövzusunda təqdim etdiyi musiqi nömrələri şəxsi heyət tərəfindən rəğbətlə qarşılanıb.

Son xəbərlər

Orphus sistemi