Azərbaycan Asiyanın ən böyük DSA 2022 sərgisində təmsil olunur

Azərbaycan Asiyanın ən böyük DSA 2022 sərgisində təmsil olunur Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi Asiyanın 17-ci “Defence Services Asia 2022” (DSA 2022) sərgisində təmsil olunur.
Hərbi
28 Mart , 2022 10:59
Azərbaycan Asiyanın ən böyük DSA 2022 sərgisində təmsil olunur

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi Asiyanın 17-ci “Defence Services Asia 2022” (DSA 2022) sərgisində təmsil olunur.

“Report” Azərbaycanın Malaziyadakı səfirliyinə istinadən xəbər verir ki, sərgi Malaziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilir.

“Bu gün Kuala-Lumpurda Asiyanın ən böyük DSA 2022 sərgisinə start verilir. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi Azərbaycan pavilyonunda müxtəlif müdafiə aktivlərini nümayiş etdirməklə, sərgidə qürurla ölkəmizi təmsil edir”, - səfirliyin tviter səhifəsində edilmiş paylaşımda deyilir.

Xatırladaq ki, sərgi martın 28-dən 31-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi