Azərbaycan Ordusuna Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, cari il fevralın 1-dək fonda 212.156.968,42 AZN, 11.176.390,65 ABŞ dolları, 183.484,92 avro, 593.924,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.
Qeyd edək ki, Azərbaycan Ordusuna Yardım Fondu Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1204 nömrəli Fərmanı ilə yaradılıb.