Azərbaycan Ordusunda britaniyalı mütəxəssislərin iştirakı ilə təlim kursu keçirilir

Azərbaycan Ordusunda britaniyalı mütəxəssislərin iştirakı ilə təlim kursu keçirilir Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında əməkdaşlıq planına əsasən ölkəmizdə Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssisləri tərəfindən “Partlay
Hərbi
27 Yanvar , 2023 10:03
Azərbaycan Ordusunda britaniyalı mütəxəssislərin iştirakı ilə təlim kursu keçirilir

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında əməkdaşlıq planına əsasən ölkəmizdə Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssisləri tərəfindən “Partlayış təhlükələri haqqında məlumatlandırma" üzrə təlim kursu keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim kursunun keçirilməsində əsas məqsəd partlayıcı sursatların qalıqları ilə tanışlıq, onlarla davranış qaydaları, minalanmış ərazinin işarələnməsi və yaralıların həmin ərazilərdən təxliyəsi, həmçinin gələcəkdə bu təlimin öz mütəxəssislərimiz tərəfindən keçirilməsinin metodlarını tədris etməkdən ibarətdir.

Hərbi qulluqçularımızın iştirakı ilə keçirilən kurs 2023-cü ilin fevral ayının 4-dək davam edəcək.

Qeyd edək ki, təlim kursu Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, eləcə də "Qaraheybət" Təlim Mərkəzində nəzəri və praktiki olaraq keçirilir.

Son xəbərlər

Orphus sistemi