Kəlbəcər rayonuna səfəri çərçivəsində Prezident, Ali Baş Komandan İlham Əliyev Kəlbəcər şəhərindəki N saylı hərbi hissəyə gəlib.
"Report"un xəbərinə görə, Quru qoşunları komandanı general-mayor Ənvər Əfəndiyev Ali Baş Komandan İlham Əliyevə raport verib.
-Cənab Ali Baş Komandan quru qoşunlarının əməliyyat şəraitində dəyişiklik olmayıb, hadisə baş verməyib.
Prezident, Ali Baş Komandan hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, burada hərbi qulluqçuların xidməti yüksək səviyyədə aparması üçün hər cür şərait yaradılıb. Bu da hərbi qulluqçularımıza Vətənin keşiyində hər zaman ayıq-sayıq durmağa, onu düşməndən layiqincə müdafiə etməyə imkan verir.
Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərindəki N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub.
“Report” xəbər verir ki, Kəlbəcərə səfəri zamanı dövlətimizin başçısı “İstisu” sanatoriyasında da olub, Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işlərinə baxıb.