Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin Bakıda keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimindən görüntülər yayıb.
"Report" xəbər verir ki, görüntülər nazirliyin tviter hesabında paylaşılıb.
Qeyd edək ki, sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç qardaş - 2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib.