Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.