Azərbaycana məxsus qırıcı təyyarələri “Türk ulduzları” birlikdə İstanbul boğazı üzərində hava şoularında iştirak edib.
"Report" xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd “MiQ-29” qırıcı təyyarəsi uçuşlar həyata keçirib.
Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin İstanbul boğazı üzərində nümunəvi uçuşları başlayıb.
"Report"un Türkiyə bürosu xəbər verir ki, hazırda MİQ-29-lar səmada müxtəlif manevrlər etməkdədirlər.
Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr İstanbul boğazı üzərində salamlama uçuşları keçiriblər.
"Report"un xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, festivalın davam etdiyi müddətdə “solotürk” və “Türk Yıldızları”nın nümunəvi uçuşları davam edəcək.
Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalına qatılmaq üçün İstanbula gedib. Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsi festival müddətində İstanbul üzərində nümunəvi uçuşlar keçirəcək. Tədbir sentyabrın 26-dək davam edəcək.