Azərbaycanın müdafiə naziri Macarıstanda səfərdədir

Azərbaycanın müdafiə naziri Macarıstanda səfərdədir Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstana rəsmi səfər edib.
Hərbi
27 İyun , 2024 19:25
Azərbaycanın müdafiə naziri Macarıstanda səfərdədir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstana rəsmi səfər edib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Budapeşt şəhərində Macarıstan Respublikasının hərbi və siyasi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də müdafiə sənayesi şirkətlərini ziyarəti planlaşdırılır.

Müdafiə nazirinin rəsmi səfəri iyunun 29-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi