Zakir Həsənov Hulusi Akara başsağlığı verib

Zakir Həsənov Hulusi Akara başsağlığı verib "Sizin acınız bizim də acımızdır"
Hərbi
7 Aprel , 2021 17:08
Zakir Həsənov Hulusi Akara başsağlığı verib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

"Report" xəbər verir ki, başsağlığında deyilir:

"Qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarənin Konya şəhərində qəzaya uğraması nəticəsində pilotun həlak olması xəbəri məni çox kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Şəhid hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".

Son xəbərlər

Orphus sistemi