Baş komandan: “Silahlı Qüvvələr Ukraynaya qarşı baş verə biləcək genişmiqyaslı təcavüzə adekvat cavab verməyə hazırlaşır”

Baş komandan: “Silahlı Qüvvələr Ukraynaya qarşı baş verə biləcək genişmiqyaslı təcavüzə adekvat cavab verməyə hazırlaşır” Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general leytenant Valeriy Zalujnıy Kiyevdə, “Zabitlər evi”ndə mətbuat konfransı keçirib.
Hərbi
10 Sentyabr , 2021 15:58
Baş komandan: “Silahlı Qüvvələr Ukraynaya qarşı baş verə biləcək genişmiqyaslı təcavüzə adekvat cavab verməyə hazırlaşır”
Valeriy Zalujnıy

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general leytenant Valeriy Zalujnıy Kiyevdə, “Zabitlər evi”ndə mətbuat konfransı keçirib.

“Report”un Şərqi Avropa bürosu mətbuat konfransından xəbər verir ki, Baş komandan Ukrayna ordusunun yeni mövsümdə yeni təlimləri barədə məlumat verib.

O qeyd edib ki, sentyabrın 22-dən 30-dək keçiriləcək Ukrayna Silahlı Qüvvələrinin "Birləşmiş Səylər- 2021" (SCSU) strateji komanda qərargah təlimləri yalnız müdafiə xarakteri daşıyacaq:

“Bu, Ukraynanı qorumağa, müdafiə potensialını və onunla uyğunluğunu artırmağa yönələcək təlimlər olacaq”.

O, eyni zamanda "Birləşmiş Səylər - 2021" in Rusiyanın "Qərb - 2021" təlimlərinə və Rusiya Federasiyasına genişmiqyaslı hücum təhlükəsi ilə əlaqədar bir cavab olduğunu da vurğulayıb.

Valeriy Zalujnıy deyib ki, Ukrayna Silahlı Qüvvələri ölkəyə qarşı həyata keçirilə biləcək genişmiqyaslı təcavüzə adekvat cavab verməyə hazırlaşır:

“Rusiya Federasiyası və Belarusiya Respublikasının bu gün artıq həyata keçirdiyi birgə strateji təlimlərin keçirilməsi və dövlət sərhədi boyunca, eləcə də respublika ərazisində əlavə qüvvə və aktivlərin yerləşdirilməsi bunu deməyə əsas verir. Çox güman ki, belə niyyətlər var, buna görə də reaksiya verməliyik, təlimlərimizi yaxşılaşdırmalıyıq”, - deyə, o bildirib.

Zalujnıyın sözlərinə görə, strateji komanda-qərargah təlimləri zamanı təlim tapşırıqlarını yerinə yetirmək üçün əsas hərbi poliqonlardan, eləcə də Qara və Azov dənizlərinin sularından istifadə olunacaq:

“Strateji komanda-qərargah təlimlərində 12500-ə qədər insan və 600-dən çox silah və hərbi texnika iştirak edəcək.

“Tanklar - 85 ədədə qədər; zirehli döyüş maşınları - 420 ədəd; raket və artilleriya sistemləri (100 mm-dən çox çaplı) - 50 ədəd; döyüş gəmiləri (qayıqlar) - 20 ədəd; vertolyotlar (təyyarələr) - 30 ədədə qədər olacaq”, - deyə, o əlavə edib.

Son xəbərlər

Orphus sistemi