Kərim Vəliyev Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri təşkilatının qərargahını ziyarət edib

Kərim Vəliyev Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri təşkilatının qərargahını ziyarət edib Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesi sahəsində ixtisaslaşan və hərbi t
Hərbi
24 May , 2023 14:05
Kərim Vəliyev Pakistanın Qlobal Sənaye və Müdafiə Həlləri təşkilatının qərargahını ziyarət edib

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin müdafiə sənayesi sahəsində ixtisaslaşan və hərbi təyinatlı məhsulların ən iri istehsalçılarından olan Qlobal Sənaye və Müdafiə Həlləri (GIDS) təşkilatının qərargahında olub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Nümayəndə heyətinə GIDS-in təyinatı və fəaliyyət sahələri haqqında ətraflı brifinqlər təqdim olunub.

Bildirilib ki, müəssisə yerüstü, dənizdə və havada, o cümlədən hava hücumundan müdafiə və inteqrasiya olunmuş sistemlərdə, həmçinin nüvə, bioloji (bakterioloji) və kimyəvi müdafiədə istifadə olunan hərbi təyinatlı məhsullar istehsal edir.

Azərbaycanın Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə maraq doğuran məsələlər ətraflı müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi