Biləsuvarda Vətən müharibəsi şəhidinin adına bulağın açılışı olub 

Biləsuvarda Vətən müharibəsi şəhidinin adına bulağın açılışı olub  Biləsuvar rayonunun Təzəkənd kəndində Vətən müharibəsi şəhidi Amid İsmayılovun xatirəsinə çəkilən bulağın açılışı olub.
Hərbi
29 Sentyabr , 2023 14:55
Biləsuvarda Vətən müharibəsi şəhidinin adına bulağın açılışı olub 

Biləsuvar rayonunun Təzəkənd kəndində Vətən müharibəsi şəhidi Amid İsmayılovun xatirəsinə çəkilən bulağın açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə rayon rəsmiləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan danışıblar.

Qeyd edək ki, şəhid İsmayılov Amid 1988-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi