Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan "Report"a verilən məlumata görə, iyulun 19-dan 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 124, tank əleyhinə 16 mina və 541 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Həmin müddətdə 220 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.