Bu gün Minskdə MDB ölkələri Müdafiə nazirliklərinin nümayəndələri görüşəcək

Bu gün Minskdə MDB ölkələri Müdafiə nazirliklərinin nümayəndələri görüşəcək Bu gün Belarusun paytaxtı Minskdə MDB ölkələrinin Müdafiə Mazirliklərinin nümayəndələrinin iclası keçiriləcək.
Hərbi
6 Aprel , 2023 11:23
Bu gün Minskdə MDB ölkələri Müdafiə nazirliklərinin nümayəndələri görüşəcək

Bu gün Belarusun paytaxtı Minsk şəhərində MDB ölkələrinin Müdafiə Nazirliklərinin nümayəndələrinin iclası keçiriləcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyindən bildirilib.

Toplantıda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

İclas 2 gün davam edəcək.

Xatırladaq ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan daxildir.

Son xəbərlər

Orphus sistemi