“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsində iştirak edən Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları Bakıya qayıdıb.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Sentyabrın 6-da hərbi dənizçilərimizin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, müsabiqəyə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə qatılan komandamız üçüncü yerə layiq görülüb.