DSX: "İranla sərhəd Azərbaycan sərhədçilərinin tam nəzarəti altındadır"

DSX: "İranla sərhəd Azərbaycan sərhədçilərinin tam nəzarəti altındadır" "Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyə­lərdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparıl­masına baxmayaraq bu günədək Azərbaycan tərəfinə müsahibədə səslən­dirilənlər haqqında ümumiyyətlə heç bir məlum
Hərbi
11 Oktyabr , 2021 11:14
DSX: İranla sərhəd Azərbaycan sərhədçilərinin tam nəzarəti altındadır
0 : 00
0 : 00

"Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyə­lərdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparıl­masına baxmayaraq bu günədək Azərbaycan tərəfinə müsahibədə səslən­dirilənlər haqqında ümumiyyətlə, heç bir məlumat verilməyib, hər hansı fakt təqdim olunmayıb".

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şə­raiti sa­bitdir və Azərbaycan sər­həd mühafizə orqanlarının tam nəzarəti altın­da­dır: "Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraq­larına qarşı yönələn istə­nilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Qeyd edilənləri nəzərə alaraq, İran rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaq­dan çəkinməyə çağırırıq".

Son xəbərlər

Orphus sistemi