DSX-nin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası is­tifadəyə verilib

DSX-nin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası is­tifadəyə verilib DSX-nin rəisi general-polkovnik Elçin Quliyev Mərkəzi Regional Şö­bənin yeni binasının açılışı münasibətilə şəxsi heyəti təbrik edib
Hərbi
25 May , 2021 14:23
DSX-nin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası is­tifadəyə verilib

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dəniz sərhədlərinin etibarlı mühafi­zəsinin təmin edilməsi, sahil mühafizə bölmələrinin texniki təchizatının müasirləşdirilməsi, yeni infrastrukturların yaradılması istiqamətində fəaliy­yətlər davam etdirilir.

Bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bu tədbirlər çərçivəsində bu ilin 25 may tarixində Dövlət Sərhəd Xid­məti Sahil Mühafizəsinin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası is­tifadəyə verilib.

Bununla əlaqədar keçirilən açılış mərasimində çıxış edən DSX-nin rəisi general-polkovnik Elçin Quliyev Mərkəzi Regional Şö­bənin yeni binasının açılışı münasibətilə şəxsi heyəti təbrik edib, dənizçi sərhədçilərin bu əlamətdar günü müzəffər Silahlı Qüvvələrimizin Vətən Müha­ri­bə­sində qa­zandığı qələbənin sevinci ilə qeyd etdiklərini vurğulayıb.

DSX-nin digər hərbi birləşmələri ilə yanaşı, Sahil Mü­hafizəsinin hərbi qulluqçularının də Zəfər savaşında qəhrəmancasına vu­ruş­duqları, 100-dək dənizçi-sərhədçinin yüksək dövlət təltiflərinə layiq gö­rül­məsi qeyd edilmib.

Azərbaycanın milli sərhəd strategiyasının banisi ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dəniz sərhədlərinin mühafizə­sin­də əsaslı dönüşün yarandığı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində bu fəaliyyətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoy­duğu, 18 fevral 2005-ci ildə DSX-nin Sahil Mühafizəsinin təsis edilməsi ilə Xəzər dənizində milli maraqlarımızın yüksək səviyyədə qorunması üçün daha geniş imkanların yarandığı, son illər ərzində DSX Sa­hil Mühafizəsinin 12 müasir gəmisinin dəniz kampaniyasına qəbul olunması bildirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin DSX Sahil Mühafizəsinin yeni gəmiləri­nə baxış məqsədilə 8 dəfə hərbi hissəyə gəlişinin dəniz sərhədlərinin mü­ha­fizəsi məsələlərinə ali diqqətin ifadəsi olması xüsusi vurğulanıb.

Qısa müddət ərzində səmərəli sərhəd mühafizə sisteminin formalaş­dırılması, zəruri infrastrukturun təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin görüldüyü, hazırda DSX Sahil Mühafizəsinin dəniz mühitində is­tənilən çağırışa çevik reaksiya göstərərək Xəzər dənizinin Azərbaycan Res­publikasına aid hissəsində enerji ehtiyatlarının, neft-qaz boru kəmərlərinin və platformalarının qorunması, beynəlxalq terrorizmə, kütləvi qırğın silah­ları­nın komponentlərinin qanunsuz yayılmasına, qeyri-leqal miqra­siyaya və narkotik qaçaqmalçılığına qarşı mübarizədə yüksək nailiyyətlər əldə etməsi xüsusi vurğulanıb.

DSX-nin Sahil Mühafizəsi tərəfindən “Azərbaycan Xə­zər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat, Rabitə və Yük­sək Texnologiyalar Nazirliyinin Dövlət Dəniz Agentliyi, Müdafiə Nazirliyinin Hərbi-Dəniz Qüvvələri, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi və Xəzər dənizində fəaliyyət göstərən digər dövlət orqanları ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə ciddi önəm verilməsi, bu orqanlarla bir­gə fəaliyyət nəticəsində dənizdə təhlükəsizliyin təmin olunması və xidməti tapşırıqların daha effektiv icrası şə­raitinin yaradılması qeyd edilib.

Tədbir çərçivəsində Vətən Müharibəsində şücaət və qəhrəmanlıq gös­tə­rərək Zəngilanın, Cəbrayılın, Xocəvəndin, Suqovuşanın azad olunma­sında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edilmiş hərbi qulluqçuların orden və medalları təqdim olunub.

Mərasimdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiy­yətinin sədri Rauf Vəliyevin rəhbərliyi altında heyət iştirak etmiş, cəmiyyətin 4 nəfər əməkdaşı “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif ediliblər.

Açılış mərasimindən sonra tədbir iştirakçıları 2 mərtəbəli binada yara­dılmış şəraitlə tanış olublar. Buradakı xidməti otaqlara, konfrans zalına, tibb otağına, yeməkxanaya, eləcə də şəxsi heyət üçün yaradılmış istirahət otaq­larına, idman meydançasına, dənizçi sərhədçilərin istifadəsində olan xüsusi müşahidə, aşkaretmə, rabitə və s. texniki avadanlıqlara baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi