Son illər ərzində Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin 12 müasir gəmisinin dəniz kampaniyasına qəbul olunub.
"Report"un xəbərinə görə, bunu DSX-nin rəisi general-polkovnik Elçin Quliyev mayın 25-də Sahil Mühafizəsinin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binasının açılışı zamanı deyib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin DSX Sahil Mühafizəsinin yeni gəmilərinə baxış məqsədilə 8 dəfə hərbi hissəyə gəlişinin dəniz sərhədlərinin mühafizəsi məsələlərinə ali diqqətin ifadəsi olması xüsusi vurğulanıb.