Azərbaycanın hərbi rəhbərliyi "Efes-2024" təliminin Yüksək Səviyyəli Müşahidəçi Gününə qatılıb

Azərbaycanın hərbi rəhbərliyi "Efes-2024" təliminin Yüksək Səviyyəli Müşahidəçi Gününə qatılıb "Yüksək Səviyyəli Mü
Hərbi
30 May , 2024 11:23
Azərbaycanın hərbi rəhbərliyi Efes-2024 təliminin Yüksək Səviyyəli Müşahidəçi Gününə qatılıb

Türkiyədə işgüzar səfərdə olan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti mayın 30-da İzmir şəhərində “EFES - 2024” çoxmillətli təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yüksək Səviyyəli Müşahidəçi Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Yaşar Güler çıxış edib.

Nümayəndələr Türkiyə Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olduqdan sonra "Türk ulduzları"nın nümunəvi uçuşlarını və paraşüt atlayışlarını izləyiblər.

Sonra 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirak etdiyi “EFES - 2024” çoxmillətli təlimində mükafatlandırma mərasimi keçirilib.

Sonda təntənəli konsert proqramı təqdim edilib.

Son xəbərlər

Orphus sistemi