Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı qanunsuz erməni silahlı birləşmələri Ağdamın Qalayçılar kəndi yaxınlığındakı mövqelərində xeyli sayda silah-sursat ataraq qaçıblar.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Silah-sursat həmin kəndin yaxınlığındakı döyüş mövqeyindən aşkarlanıb.