"NATO Azərbaycanı etibarlı tərəfdaş hesab edir".
"Report"un xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokel iyunun 22-də müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşdə deyib.
O, Azərbaycanı terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.