Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin İsparta şəhərində keçirilən komando kursunu müvəffəqiyyətlə bitiriblər.
“Report”un xəbərinə görə, bu barədə Türkiyə Milli Müddafiə Nazirliyi məlumat yayıb.
“Azərbaycan Ordusunun qəhrəman əsgərləri İspartada Dağ Komando Məktəbi və Təhsil Mərkəzi Komandanlığı ilə Terrorla Mübarizə Təlim və Tədris Mərkəzi Komandanlığındakı 6 həftəlik kursu müvəffəqiyyətlə keçiblər. Qardaşlarımız üçün kurs bağlanış mərasimi təşkil olunub”, - nazirlikdən bildirilib.