Hərbi xidmətdə bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçilərə şəhid statusunun verilməsi təklif edilib

Hərbi xidmətdə bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçilərə şəhid statusunun verilməsi təklif edilib Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlu hərbi xidmət dövründə bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçilərə şəhid statusunun verilməsini təklif edib.
Hərbi
21 Sentyabr , 2022 12:02
Hərbi xidmətdə bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçilərə şəhid statusunun verilməsi təklif edilib

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elşad Mirbəşiroğlu hərbi xidmət dövründə bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbçilərə şəhid statusunun verilməsini təklif edib.

“Report”un məlumatına görə, deputat komitənin bugünkü iclasnda çıxışı zamanı “Şəhid adının verilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna dəyişiklik edilməlisinin labüdlüyündən danışıb.

O, təkliflərini Milli Məclisə təqdim etdiyini də bildirib:

“Vətən müharibəsi dövründə hərbi xidmət keçən zaman, yaxud hərbi vəifəsini yerinə yetirən zaman hər hansı bədbəxt hadisə nəticəsində həyatını itirənlərə də şəhid adı verilsin. Bu, mənim təklifimdir və çox həssas məsələdir”.

Son xəbərlər

Orphus sistemi