Hulusi Akar: “Türkiyə bundan sonra da Azərbaycana Ermənistanla mübarizədə dəstək verəcək”

Hulusi Akar: “Türkiyə bundan sonra da Azərbaycana Ermənistanla mübarizədə dəstək verəcək” Türkiyə xalqı bundan sonra da haqlı mübarizəsində Azərbaycan xalqının yanında olacaq.
Hərbi
17 Avqust , 2021 22:06
Hulusi Akar: “Türkiyə bundan sonra da Azərbaycana Ermənistanla mübarizədə dəstək verəcək”
0 : 00
0 : 00

Türkiyə xalqı bundan sonra da haqlı mübarizəsində Azərbaycan xalqının yanında olacaq.

“Report” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşündə bildirib.

Görüşdə ikitərəfli və regional, müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

“Ermənistanın Azərbaycanla sərhəddəki təxribatlarının da müzakirə olunduğu görüşdə Hulusi Akar vurğulayıb ki, Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarına haqq işində də dəstək verəcək”, - deyə nazirliyin xəbərdə qeyd edilir.

Son xəbərlər

Orphus sistemi