“Azərbaycanla ortaq layihələrimiz var”.
“Report” “Milliyet”ə istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir deyib.
Onun sözlərinə görə, söhbət Azərbaycanın istifadə etdiyi Rusiya istehsallı Su-25 döyüş təyyarələrinin modernizasiyasından gedir: “Modernizasiyadan başqa, Su-25-lərin üzərinə bəzi silah sistemlərinin quraşdırılması, ağıllı sistemlərin əlavə olunması ilə bağlı layihələrimiz də var”.
İ.Demir bildirib ki, sözügedən layihə istiqamətində işlər davam edir.