Kəlbəcərdə Azərbaycan Ordusunun iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub

Kəlbəcərdə Azərbaycan Ordusunun iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərinə təminat daşıyan iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub.
Hərbi
2 Sentyabr , 2022 19:14
Kəlbəcərdə Azərbaycan Ordusunun iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərinə təminat daşıyan iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub.

Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib. Hərbi qulluqçularımız arasında itki yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Son xəbərlər

Orphus sistemi