Kərəm Vəliyev Serbiyada "Yugoimport SDPR" şirkətini ziyarət edib

Kərəm Vəliyev Serbiyada "Yugoimport SDPR" şirkətini ziyarət edib Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiyaya rəsmi səfəri davam edir.
Hərbi
20 İyun , 2024 18:08
Kərəm Vəliyev Serbiyada Yugoimport SDPR şirkətini ziyarət edib

Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiyaya rəsmi səfəri davam edir.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, general-polkovnik K.Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə "Yugoimport SDPR" şirkətini ziyarət edib.

Baş Qərargah rəisi şirkətin məhsulları ilə tanış olduqdan sonra döyüş sistemləri zavoduna gəlib. Azərbaycan nümayəndə heyətinə zavodun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Daha sonra "Rastko Nemanyiç" hərbi şəhərciyi və xüsusi əməliyyatlar briqadası ziyarət olunub.

Burada Azərbaycan Ordusunun Baş Qərargah rəisinə silah və texnika nümunələri təqdim edilib. General-polkovnik K.Vəliyev sonda döyüş hazırlığı üzrə icra edilən fəaliyyətləri izləyib.

Son xəbərlər

Orphus sistemi