General-mayor Mayis Şükür oğlu Bərxudarova “general-leytenant” ali hərbi rütbəsi verilib.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Kontr-admiral Sübhan Kamal oğlu Bəkirova “vitse-admiral” ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, M.Bərxudarov Müdafiə Nazirliyinin Ordu birliyinin, S.Bəkirov isə Hərbi Dəniz Qüvvələrinin komandanıdır.