Mədət Quliyev “Dubai Airshow-2023” sərgisi çərçivəsində bir sıra görüşlər keçirib

Mədət Quliyev “Dubai Airshow-2023” sərgisi çərçivəsində bir sıra görüşlər keçirib Müdafiə Sənayesi naziri Mədət Quliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində “Dubai Airshow-2023” 18-ci aviasiya sərgisində iştirak edir.
Hərbi
14 Noyabr , 2023 15:40
Mədət Quliyev “Dubai Airshow-2023” sərgisi çərçivəsində bir sıra görüşlər keçirib

Müdafiə Sənayesi naziri Mədət Quliyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən “Dubai Airshow-2023” 18-ci aviasiya sərgisində iştirak edir.

Nazirlikdən "Report"a verilən məlumata görə, M.Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əl Bovardi ilə görüşü baş tutub. Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Daha sonra M.Quliyev İtaliya Respublikasının “Leonardo” və BƏƏ-nin EDGE şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.

Görüşlər zamanı hər iki şirkətin istehsal etdiyi aviasiya vasitələri haqqında geniş məlumat verilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi