MN: "Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbçisinin həlak olması məlumatı dezinformasiyasıdır"

MN: "Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbçisinin həlak olması məlumatı dezinformasiyasıdır" Müdafiə Nazirliyindən bildiriblər:
Hərbi
16 Avqust , 2021 12:52
MN: Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbçisinin həlak olması məlumatı dezinformasiyasıdır

Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd etdiyimiz kimi bu gün saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir.

Son xəbərlər

Orphus sistemi