Zakir Həsənov Erkan Özoral ilə görüşüb

Zakir Həsənov Erkan Özoral ilə görüşüb Səfir Azərbaycanın daim səmimi dostu olaraq qalacağını vurğulayıb
Hərbi
9 Aprel , 2021 17:27
Zakir Həsənov Erkan Özoral ilə görüşüb
0 : 00
0 : 00

Aprelin 9-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz üçün faydalı olduğu vurğulanıb.

Səfirlə əvvəlki görüşlərini xatırlayan müdafiə naziri ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə diplomata təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir görüşə görə minnətdarlığını ifadə edərək ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

Erkan Özoral və Zakir Həsənov
Erkan Özoral və Zakir Həsənov

Son xəbərlər

Orphus sistemi