"Azərbaycan hərbçilərinin Türkiyə ilə ikitərəfli təlimlərdə, NATO proqramları çərçivəsində, o cümlədən “Beynəlxalq Ordu Oyunları”nda iştirakı da nəzərdə tutulur".
“Report”un xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov cari ildə ordu quruculuğu sahəsində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzə ilə çıxışında məlumat verib.