"Azərbaycan Ordusu Ermənistan silahlı bölmələrini atəşə tutmayıb".
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
"Mayın 23-ü guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat yalandır, bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd olunub.