Ermənistan silahlı bölmələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub

Ermənistan silahlı bölmələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır
Hərbi
13 Avqust , 2021 13:07
Ermənistan silahlı bölmələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub

Avqustun 13-ü saat 09:35-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi