Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub Avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış mənt
Hərbi
28 Avqust , 2024 09:40
Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Son xəbərlər

Orphus sistemi