"Bu günə qədər Hərbi Liseyi 12 mindən çox məzun bitirib. Buranı bitirən 20 nəfərdən artıq məzun general rütbəsinə yüksəlib".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi, general-mayor Bəkir Orucov deyib.
Onun sözlərinə, Azərbaycanın Milli Qəhrəmanlarından 11 nəfəri C.Naxçıvanski adına Hərbi Liseyin məzunu, 1 nəfər isə hərbi liseyin zabiti olub.
General-mayor vurğulayıb ki, bu qəhrəmanların adları Azərbaycanın hərb tarixinə əbədi həkk olunub.