MN: "Qanunsuz erməni silahlı dəstələrinin Şuşa istiqamətində təxribatının qarşısı alınıb, qarşı tərəf itki verib"

MN: "Qanunsuz erməni silahlı dəstələrinin Şuşa istiqamətində təxribatının qarşısı alınıb, qarşı tərəf itki verib" "Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub".
Hərbi
3 Sentyabr , 2021 11:00
MN: Qanunsuz erməni silahlı dəstələrinin Şuşa istiqamətində təxribatının qarşısı alınıb, qarşı tərəf itki verib
0 : 00
0 : 00

Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub. Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb. Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi