Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Qərargahında “Dəniz kuboku” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə videokonfrans keçirilib.
Müdafiə Nazirliyindən "Report"a verilən xəbərə görə, videokonfransda iştirakçı dövlətlərin nümayəndələrinə müsabiqəyə hazırlıq haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, bu il Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində Qazaxıstan və İran komandaları COVID-19 virusu ilə əlaqədar müsabiqədə iştirak etməyəcək.
“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin avqustun 25-dən sentyabrın 4-dək keçirilməsi planlaşdırılır.