“Qarabağ məsələsi içimizdə 30 ildir ki, qanayan bir yara idi. Mühəndislər olaraq bu zəfərdə payımızın olması bizim üçün ən böyük şərəfdir”.
“Report”un xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.
O bildirib ki, Bakıya gəlməsində əsas səbəblərindən biri də Bakıda dünyanın ən böyük hava texnologiya festivalı – Texnofestin təşkil olunmasıdır.
“Azərbaycana ziyərətimizin səbəblərindən biri də Texnofest festivalın keçirilməsidir. Bunu Azərbaycanda etmək və səlahiyyətli şəxslərin diqqətinə çatdırmaqdır”, - o bildirib.