"Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraktar
“Report” xəbər verir ki, Səlcuq Bayraktar paylaşımında “Kodlarını milli texnologiya həmləsi ilə yeniləyənlərin festivalı” sözlərini yazaraq Türkiyə və Azərbaycan bayraqlarının şəkillərini paylaşıb.
Qeyd edək ki, "Texnofest"in yenilənməsi prosesi başa çatıb. “Biz 2022-ci ilə hazırıq” – deyə festivalın tiviterdəki səhifəsində qeyd edilib.
"Texnofest-2022" festivalı bu il Azərbaycanda təşkil olunacaq. "Texnofest-2021" ötən il Türkiyənin İstanbul şəhərində keçirilib. Tədbir Atatürk Hava Limanında keçirilən sayca dördüncü festival idi. Bu, eyni zamanda dünyanın ən böyük texnologiya, mülki və hərbi aviasiya festivalı olub.