Hərbi Akademiyada Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüş keçirilib

Hərbi Akademiyada Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüş keçirilib Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkəl
Hərbi
26 Oktyabr , 2021 13:16
Hərbi Akademiyada Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüş keçirilib

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə ölkələr arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğu bildirilərək, hərbi təhsil sahəsində birgə əməkdaşlığın perspektivləri müzakirə edilib. Gələcəkdə qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımların atılacağı vurğulanıb.

Qonaqlara Azərbaycanda hərbi təhsil sistemi haqqında brifinq təqdim olunub.

Son xəbərlər

Orphus sistemi