Sübuta yetirilməyən və qanunsuz sübutla yazılan cərimələrə xitam veriləcək

Sübuta yetirilməyən və qanunsuz sübutla yazılan cərimələrə xitam veriləcək Şəxsin təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xəta ilə bağlı icraata xitam veriləcək.
Hərbi
22 Yanvar , 2021 12:57
Sübuta yetirilməyən və qanunsuz sübutla yazılan cərimələrə xitam veriləcək

Şəxsin təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xəta ilə bağlı icraata xitam veriləcək.

“Report” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir.

Yeni 53.2-ci maddəyə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.

Son xəbərlər

Orphus sistemi