“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bu mərhələdə hər komanda üzrə üç ekipaj tankla 50 kilometr məsafəni keçərək 24 hədəfi məhv etməlidir.
Yarımfinal mərhələsinin nəticələrinə əsasən finala vəsiqə qazanan komandalar müəyyənləşəcək.