Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının iştirakı ilə “Qış təlimi-2021” adlı təlimlərə hazırlıqlar davam edir.
“Report” xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi tvitter səhifəsində bununla bağlı video paylaşıb.
“Fevralın 1-dən 12-dək Qarsda keçirəcəyimiz “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə hərbi təliminə hazırlıqlar davam edir. Hərbçilərimiz ortaq manevr çərçivəsində minaatanlardan atışlar gerçəkləşdiriblər”, - Nazirlikdən bildirilib.
Təlimlər Türkiyə-Azərbaycan birləşmiş taborlarının iştirakı ilə keçiriləcək.
01-12 Şubat 2021 tarihleri arasında Kars’ta icra edeceğimiz “Kış-2021 Türkiye-Azerbaycan Birleşik Müşterek Tabur Görev Kuvveti Tatbikatı”nın hazırlıkları sürüyor. Mehmetçiklerimiz hazırlık kapsamında havan atışları gerçekleştirdi.#MSB #TSK pic.twitter.com/XHzpdY8yyq
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 1, 2021