Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovla bağlı paylaşım edib.
"Report" xəbər verir ki, o, generalı şəhid olmasının ikinci ildönümündə anaraq Azərbaycan xalqına başsağlığı verib.
“Şəhidliyi ilə Vətən müharibəsinin başlanmasına zəmin yaradan qəhrəman komandir general Polad Həşimovu şəhadətinin ikinci ilində rəhmətlə anırıq. Səmayə anaya, qardaşı, bacısı, yoldaşı, övladları, silah yoldaşları, qəhrəman Azərbaycan ordusuna və millətinə baş və cansağlığı arzulayıram”, - paylaşımda bildirilib.
Qeyd edək ki, ötən il səfir P.Həşimovun anası Səmayə Həşimova ilə görüşmüşdü.