Türkiyədə türk dövlətləri hərbçilərinin birgə təlimləri keçirilir

Türkiyədə türk dövlətləri hərbçilərinin birgə təlimləri keçirilir Türkiyənin İsparta şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hərbçilərinin birgə təlimləri keçirilir.
Hərbi
15 Noyabr , 2022 13:38
Türkiyədə türk dövlətləri hərbçilərinin birgə təlimləri keçirilir

Türkiyənin İsparta şəhərində türk dövlətləri hərbçilərinin birgə təlimləri keçirilir.

"Report"un xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Şimali Kipr Türk Respublikasının hərbçiləri iştirak edirlər.

Hərbçilər yaşayış məntəqəsində terrorçulara qarşı əməliyyatın keçirilməsini məşq edirlər.

“Birik, bərabərik və güclüyük”, -Türkiyə MN-dan bildirilib.

Son xəbərlər

Orphus sistemi