Müddətdən artıq hərbi xidmət keçmək istəyən şəxslərin sənədlərinin qəbuluna başlanılıb

Müddətdən artıq hərbi xidmət keçmək istəyən şəxslərin sənədlərinin qəbuluna başlanılıb Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Hərbi
11 Yanvar , 2021 13:17
Müddətdən artıq hərbi xidmət keçmək istəyən şəxslərin sənədlərinin qəbuluna başlanılıb

"Bu gündən etibarən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilərin müraciət və sənədlərinin qəbuluna başlanılıb".

Bunu "Report"a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Bildiririk ki, sənədlərin qəbulu birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarında aparılır və bu proses yanvarın 30-dək davam edəcək.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Vətəndaşlar qəbul ilə bağlı ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet saytından (mod.gov.az) əldə edə bilərlər", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi