Xanlar Vəliyev: "Qeyri-hərbi cinayətlər 18,6% azalıb"

Xanlar Vəliyev: "Qeyri-hərbi cinayətlər 18,6% azalıb" 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınan cinayətlər ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri-hərbi cinayətlər isə 18,6% azalıb
Hərbi
30 Aprel , 2021 17:36
Xanlar Vəliyev: Qeyri-hərbi cinayətlər 18,6% azalıb
Xanlar Vəliyev

2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınan cinayətlər ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri-hərbi cinayətlər isə 18,6% azalıb.

"Report"un xəbərinə görə, Hərbi prokuror Xanlar Vəliyev Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə 2020-ci ildə Respublikanın Hərbi Prokurorluq orqanlarında qeydə alınmış qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma cinayətləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin vəziyyətinin, cinayət hadisələrinin baş verməsinin səbəb və şəraitinin, həmin cinayətlər üzrə istintaq təcrübəsi və məhkəmə nəticələrinin ümumiləşdirilməsinin müzakirəsinə həsr olunmuş kollegiya iclasında deyib.

"Eləcə də, qeydə alınan qəsdən adam öldürmə cinayətləri 30%; qəsdən adam öldürməyə cəhd cinayətləri 71,4% və baş vermiş özünü öldürməyə cəhd hadisələri 60% azalıb", - X.Vəliyev bildirib.

Son xəbərlər

Orphus sistemi